Previous
Next

Sürpriz hədiyyə qabı ilə sevdiklərini təəccübləndir!

Xüsusi günlərdə hədiyyəni fərqli formada təqdim etmək yaxınlarının sevincinə səbəb olacaq.
Hədiyyəni təqdim edən zaman qabın üzərində olan musiqi qutusundakı çarxı çevirir və musiqi bitəndə gözlənilmədən hədiyyən qabın içərisindən çıxır.
Bunun üçün siz min. 2 gün öncədən Kündə Kulinariyanın Şəfayət Mehdiyev 136 ünvanında yerləşən filialına hədiyyənizi gətirirsiniz, əməkdaşımız tortu hazırlayarkən onu Sürpriz hədiyyə qabının içərisinə yerləşdirir. Nəzərinizə çatdırmaq istərdim ki, hədiyyənin qoyulduğu hissənin diametri 7sm hündürlüyü isə 15 sm-dir.
Hər şey hazırdır və tortunuz artıq evinizə çatıb.
Sürprizinizin pozulmaması üçün ehtiyatla davranmaq lazımdır ki, vaxtından öncə hədiyyə çıxmasın😊
Tort hədiyyəni təqdim etdiyiniz adamın qarşısında olanda qabın üzərində olan musiqi qutusundakı çarxı fırlatmağını istəyin və ən həyəcanlı anda onun təəccübünə səbəb olun.

Sürpriz tort qabında hazırlanan tortların qiymətləri belədir:
Populyar tortlar başlıqlı tortlar və istənilən digər sadə dizaynda olan tortlar – 22 azn/kq
Xüsusi bəzədilmə ilə olan tortlar – 25 azn/kq
Tam marsipanlı tortlar – 30 azn/kq

Qeyd edək ki, iyun ayının sonuna qədər sürpriz hədiyyə qabını ödənişsiz əldə edə bilərsiniz.
Sevdiklərini sevindirməyə tələsin!