
Bizim Kündə Kulinariya
“Bizim Kündə” 02.07.2020-ci il tarixindən başlayaraq kulinariya sahəsində yerli brend olmaqla sizlərə 200-ə yaxın ləzzət təqdim edir. Kündəmiz ilk dəfə yayıldığı andan etibarən məhsullarımızın dadını unudulmaz və yaddaqalan etmək əsas prinsiplərimizdən birinə çevrildi.
Biz böyük təcrübəyə və biliyə sahib şirniyyatçılarımız, aşpazlarımız ilə müştərilərimiz üçün 12 fərqli dadda məhsullar hazırlayırıq: Tortlar, Desertlər, Bulkalar və qoğallar, Peçenyelər, Paxlavalar (yerli və türk paxlavaları), Qutablar və blinçiklər, Çörəklər, Ana yemək, Qarnir, Pizza, Kofe, Limonad
Kulinariyamızda hazırlanan ağız dadınıza uyğun məhsullarla yanaşı, həmçinin hazır spirtsiz içkilər və “Meysəri” brendinə məxsus şərablar da var. Bundan əlavə siz zövqünüzə uyğun fərqli şirniyyat və ev yeməklərini həm onlayn, həm də mağazamıza yaxınlaşaraq əldə edə bilərsiniz. Onlayn sifarişlər üçün çatdırılma xidmətimiz də mövcuddur.
Bizi seçdiyiniz üçün təşəkkür edirik! Nuş olsun!
Niyə bizi seçməlisiniz?
Pulsuz çatdırılma
10 AZN və daha artıq sifarişlərinizdə pulsuz çatdırılma xidməti əldə edirsiniz. Səbətinizi yığın, sifarişinizi tamamlayın və məhsulları əldə edin!
Geniş Ödəniş Seçimləri
Istər çatdırılma zamanı qapıda nağd və ya kartla, istərsə də onlayn ödəyin! Sizin üçün hansı rahatdırsa, onu seçin
Müştəri Dəstəyi
Müştərilərimiz bizim üçün həm də Bizim Kündə ailəsinin bir üzvüdür. Onların məmnuniyyəti bizim əsas hədəfimizdir.